...

Azərbaycanda tikinti işlərinin həcmi bir milyard manatı ötüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 İyul 2009 18:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 iyul / Trend , müxbir Ü.İsmayılova / 

Azərbaycanın bütün tikinti şirkətlərinin işlərinin həcmi birinci yarımildə ötən ilin analoji dövrü ilə müqayisədə 2,2 faiz artaraq 1,362 milyard manat təşkil edib. Bu barədə cümə axşamı Dövlət Statistika Komitəsindən bildirilib.

Tikinti işlərinin ümumi həcminin 877,2 milyon manatı (64,4 faiz) ilkin işlərin, yenidənqurma və genişlənirmə işlərinin, 313,4 milyon manat (23 faiz) kapital təmir işlərinin, 21,1 milyon manat (altı faiz) cari təmir işlərinin, 89,3 milyon manat isə (6,6 faiz) digər tikinti işlərinin payına düşüb.

Bu dövr ərzində 989 milyon manat məbləğində tikinti işləri özəl şirkətlər tərəfindən, 373 milyon manat məbləğində tikinti işləri isə dövlət şirkətləri tərəfindən həyata keçirilib.

Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, yanvar-iyun aylarında işçilərin tikinti sektorunda altı aylıq nominal əmək haqqı ödənişi 449,2 manat, böyük və orta tikinti şirkətlərində isə 494,7 manat təşkil edib.  

İyulun 16-na olan rəsmi məzənnə 0,8042 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti