...

AccessBank-ın depozit portfeli birinci yarımildə 90% artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 İyul 2009 11:57 (UTC +04:00)
AccessBank-ın birinci yarımildə aktivləri 22 faiz artıb, iyunun 30-da 296 milyon dollar təşkil edib, bakın məlumatında deyilir.
AccessBank-ın depozit portfeli birinci yarımildə 90% artıb

Azərbaycan, Bakı, 20 iyul / Trend /

AccessBank-ın birinci yarımildə aktivləri 22 faiz artıb, iyunun 30-da 296 milyon dollar təşkil edib, bakın məlumatında deyilir.

Bankın kredit portfeli 241 milyon dollar təşkil edir, birinci yarımildə artım 18 faiz təşkil edib. Bankın depozit portfeli ilin əvvəlindən 90 faiz artıb.

"Bankın son 6 ay ərzində göstərdiyi nəticələri təhlil edərkən, bazarda bizim bankı əlverişli şəkildə önə çıxaran bir neçə amili qeyd etmək lazımdır: ilk növbədə, kredit portfelinin yüksək keyfiyyətinin qorunub saxlanması, bizim bütün debitorlarımızı daimi maliyyələşdirmək imkanı, depozit portfelinin əhəmiyyətli dərəcədə artması və bunun mükəmməl artım sürətini nümayiş etdirməsi", - deyə bankın idaretmə heyətinin sədr müavini Anar Həsənov bildirib.

Bu ilin əvvəlindən bankın iki yeni filialı açılıb və işə 150-dən çox yeni əməkdaş işə götürülüb.   

"AccessBank" 100% xarici kapitala malikdir və 6 beynəlxalq maliyyə institutlarına məxsusdur. Bunlar Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Qara Dəniz Ticarət və İnkişaf Bankı, Kfw Development Bank - Almaniya Hökumətinin İnkişaf Bankı (hər biri 20%), mikromaliyyələşdirmə sahəsində strateji maliyyəçi rolunda çıxış edən Access Holding (16.5%) və Almaniyanın LFS Financial Systems GmbH (3.5%) şirkətləridir. 

Xəbər lenti

Xəbər lenti