...

Türkmənistanın bir sıra dövlət strukturlarında ciddi pozuntu halları aşkar olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 İyul 2009 17:51 (UTC +04:00)
Baş Prokurorluq və Türkmənistanın Ali Nəzarət Palatası bir sıra idarələrdə pozuntu halları aşkar edib: onların sırasında Dəmiryol Nəqliyyatı Nazirliyi, Türkmənmalları Dövlət Assosiasiyası və Türkmənxalı Dövlət Korporasiyası yer alır.

Türkmənistan, Aşqabad, 20 iyul / Trend , müxbir H.Həsənov /

Baş Prokurorluq və Türkmənistanın Ali Nəzarət Palatası bir sıra idarələrdə pozuntu halları aşkar edib: onların sırasında Dəmiryol Nəqliyyatı Nazirliyi, Türkmənmalları Dövlət Assosiasiyası və Türkmənxalı Dövlət Korporasiyası yer alır.

Rəsmi türkmən mənbəsindən bildirildiyi kimi, prokurorluğun hesabatı "konkret pozuntu və səhlənkarlıq faktlarını, alınan malların keyfiyyətinə lazımı nəzarətin olmamasını" xüsusilə ortaya çıxarıb. Bu, həmin idarələrə Türkmənistan Prezidenti Qurbanqulu Berdimuhammedov üçün kadrların təyin edilməsinə səbəb olub.

Hökumətin əvvəlcədən dərc edilmiş məlumatında da Türkmənmalları Dövlət Assosiasiyasında əvvəlcə keçirilən yoxlamalar çərçivəsində aşkar edilmiş çatışmazlıqların necə aradan qaldırılmasından bəhs edilir. Berdimuhammedov Baş nazirin müavini Məhəmməd Akməmmədova ölkənin heyvandarlıq kompleksində tam nizam-intizam yaradılması üçün bütün tədbirlərin həyata keçirilməsini tapşırıb.

Mövcud çatışmazlıqlar dövlət başçısının tapşırığı ilə Türkmənxalı Dövlət Korporasiyasında keçirilən yoxlamalar nəticəsində aşkar edilib. Hesabatı ölkənin Ali Nəzarət Palatası hazırlayıb. O, bildirib ki, hazırda korporasiya sistemində lazımı nizam-intizam işləri görülür.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti