...

Azərbaycan və Pakistan ikitərəfli əməkdaşlıq imkanlarını müzakirə ediblər

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Avqust 2009 14:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 avqust / Trend /

Azərbaycanın Pakistandakı səfiri Eynulla Mədətli İslamabadda neft və təbbi ehtiyalar federal naziri Navid Qamar ilə görüşdə iki ölkə arasında müxtəlif sahələrdə mümkün əməkdaşlığı müzakirə edib, Associated press of Pakistan yazır.

Pakistan-Azərbaycan birgə nazirlik komissiyasınının sədri olan Qamarın sözlərinə əsasən, Pakistan Azərbaycanın neft-qaz yataqlarının işlənilməsi və hasilat sənayesində zəngin təcrübəsindən istifadə edə bilər.

Qamarın bildirdiyi kimi, ölkələrin qarşılıqlı əməkdaşlığı genişləndirə biləcəyi bir çox sahələr mövcuddur.

Görüşdə həmçinin Bakıda sentyabrın 27-29-da keçiriləcək Pakistan-Azərbaycan birgə nazirlik komissiyasının iclası məsələsi də müzakirə edilib.

Birgə nazilik komissiyası neft, kənd təsərrüfatı, ərzaq məhsulları, əczaçılıq məhsulları, turizm, təhsil və ticarət sahələri kimi müxtəlif sektorlarda bir sıra əməkdaşlıq imkanlarının araşdırılması ilə məşğul olur.

Xəbər lenti

Xəbər lenti