...

Bakıda kommersiya obyektlərinin arenda qiymətləri azalır

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Sentyabr 2009 17:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 sentyabr / Trend , müxbir Ü.İsmayılova /

İyulda Bakıda qeyri-yaşayış obyektlərinin kvadratmetrinin qiymətləri 0,3 faiz azalaraq 3,011 min dollara çatıb. İyunda bu göstərici 3,019 min dollar olub. Bu barədə cümə axşamı "Əmlak bazarı iştirakçıları" İctimai Birliyindən məlumat verilib. Qiymətlər 2008-ci ilin analoji dövrünə nisbətən 16,8 faiz enib.

Qiymətlərin artımı Bakının Qaradağ (2%), Əzizbəyov (0,6%), Nəsimi (0,6%) və Nərimanov (0,5%) rayonlarında müşahidə olunub. Ən nəzərəçarpacaq qiymət azalması Bakının Binəqədi rayonunda baş verib - 8,5 faiz.

Kommersiya obyektlərinin arenda qiymətləri 1,3 faiz azalıb. Bazara aşağı orta qiymətlə təqdim olunmuş obyektlər bazar portfelinin 61,7 faizini təşkil edib.

İyulda bazara təkliflər 1,7 faiz artıb. Bazar portfelinin böyük hissəsini Nərimanov rayonunda təkliflər təşkil edib (24,8%). Sonra isə Nəsimi (17,9%), Yasamal (17,3%), Səbayıl (16,8%), Xətai (8,8%) rayonları gəlir.

Bazar seqmenti üzrə boş yerlər 38,2 faiz, xidmət göstərilməsi üzrə yerlər 22,1 faiz, mağazalar 20,6 faiz, ofislər 10,3 faiz və zirzəmilər 8,8 faiz təşkil edib.

Kommersiya əmlakının ekspozisiya müddəti iyulda 2,9 faiz artıb.

Məlumat cədvəli şəhərin zonaları üzrə qiymət dəyişikliklərini göstərir:

Şəhərin zonaları

Kvadratmetr üçün qiymət ($-la)

Orta qiymətlərin dəyişikliyi (%-lə)

I

4975

-0,5

II

3485

-0,4

III

2209

-0,5

IV

812

-2,2

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti