...

Azərbaycan iqtisadiyyatı inkişaf etməkdə davam edir – Prezident İlham Əliyev

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Sentyabr 2009 18:28 (UTC +04:00)
İqtisadi böhranın bütün dünyanı əhatə etməsinə baxmayaraq, Azərbaycan iqtisadiyyatı irəliyə gedir. Bu barədə cümə axşamı Azərbaycan Prezidenti İlham Əliyev Hacıqabul rayonu ictimaiyyətinin qarşısında çıxış edərkən deyib.
Azərbaycan iqtisadiyyatı inkişaf etməkdə davam edir – Prezident İlham Əliyev

İqtisadi böhranın bütün dünyanı əhatə etməsinə baxmayaraq, Azərbaycan iqtisadiyyatı irəliyə gedir. Bu barədə cümə axşamı Azərbaycan Prezidenti İlham Əliyev Hacıqabul rayonu ictimaiyyətinin qarşısında çıxış edərkən deyib.

"Demək olar ki, bütün dünyanı əhatə edən maliyyə böhranı Azərbaycana çox az təsir göstərib. Bunun da köklü səbəbləri var - düzgün iqtisadi siyasət, siyasi sabitlik, xalqla iqtidar arasında olan birlik və ölkəmizdə mövcud problemlərin vaxtında həlli", - Prezident bildirib.  

"Bəzən bizdə - Azərbaycanda iqtisadi uğurlarımızı enerji sektoru ilə bağlayırlar. Amma baxın, Azərbaycanda qeyri-neft sektoru neft sektorundan daha böyük templərlə artır. Nə üçün?! Çünki biz öz imkanlarımızdan səmərəli istifadə edə bilmişik, infrastruktur layihələrinə vəsait ayırmışıq. Kənd təsərrüfatının, sahibkarlığın inkişafı üçün böyük vəsaitlər ayrılır, yardımlar edilir və beləliklə, Azərbaycan iqtisadiyyatı hərtərəfli inkişaf edir", - dövlət başçısı deyib.

"Son illər ərzində bütün bölgələrdə böyük quruculuq işləri aparılır. Bütün bölgələrdə müasir infrastruktur - məktəblər, tibb ocaqları, elektrik stansiyaları yaradılır, yollar, qaz xətləri, su kəmərləri çəkilir, yəni insanın yaşaması üçün hər şey edilir", - İlham Əliyev deyib.

"Biz bu inkişafı Hacıqabul rayonunun timsalında da görürük. Rayonda son beş il ərzində müxtəlif məhsulların buraxılışı üç dəfə artıb, ümumi iqtisadi artım vardır", - o deyib.

Xəbər lenti

Xəbər lenti