...

Azərbaycan bankı "Unibank" xüsusi telefon xidməti açıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Sentyabr 2009 19:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 sentyabr / Trend /

Yeni pərakəndə bankçılıq xidmət strategiyasını həyata keçirərək və bank xidmətləri bazarındakı müasir tələblərə uyğun olaraq, "Unibank" Kommersiya Bankı xüsusi 117 Xidmətini - Məmnun müştərilər telefon mərkəzini açıb. Bankdan verilən məlumatda deyilir.

Telefon mərkəzi işgüzar adamlar daxil olmaqla, öz maliyyə məsələlərinin kompleks şəkildə həll edilməsi zamanı vaxta qənaət etməyə üstünlük verən bütün müştərilər üçün açılıb. 117 xidmətinin başlıca üstünlüyü maliyyə bazarları üzrə peşəkar mütəxəssislərin vasitəsilə keyfiyyətcə yeni xidmətin göstərilməsidir. Artıq "Unibank"ın mütəxəssisləri və menecerləri yalnız suallara cavab verməyəcək, eləcə də müştərilərin öz irad və istəklərini bildirdiyi halların daxil olması şərti ilə yaranan problemlərin kompleks şəklində həllinə yardım göstərəcəklər. Müştərilərin fikirlərini dəyərli hesab edərək, "Unibank" onların hər birinə bank xidmətlərinin keyfiyyətinə müsbət təsir etmək imkanı verir. Telefon mərkəzinin üstünlüklərindən biri də müştərilərlə aparılan söhbətlərin tam məxfi olmasıdır.

"Unibank" telefon mərkəzinin işini bankın fərdi müştərilər bazasını artırmağa və işgüzar dairələrlə tərəfdaşlığın möhkəmləndirilməsinə imkan verən istiqamətlərdən biri kimi nəzərdən keçirir", - deyə bankın pərakəndə satış şöbəsinin baş meneceri Müstəqim Abdullayev qeyd edib. Onun sözlərinə görə, "Məmnun müştərilər telefon mərkəzi" bank müştərilərinə, bir qayda olaraq, bir neçə xidmətin göstərilməsi üçün müraciət edən və menecerlər tərəfindən daha qeyri-standart yanaşma arzu edən, iqtisadi baxımdan fəal olan vətəndaşlara istiqamətləndirilib.

Hər bir kəs 117 Xidmətinə müraciət edərək, bank tərəfindən göstərilən xidmətlər və təklif olunan məhsullar haqqında məhz peşəkar məsləhətlər alacağına arxayın ola bilər.

"Özəl müştərilər şöbə, filiallar və bankomatların ünvanlarını, iş vaxtını, bank tarifləri və seyf xidmətləri haqqında lazımi məlumatı dəqiqləşdirə bilər, plastik kartlar, pul köçürmələri, depozitlər barədə daha təfərrüatlı informasiya, ipotekanın rəsmiləşdirilməsi şərtləri, avtomobillərin və istehlak kreditlərin verilməsi haqqında məlumat əldə edə bilərlər. Eyni zamanda, kiçik biznesin nümayəndələri və korporativ müştərilər üçün hesabların açılması, mikrokreditlərin, akkreditivlərin alınması, pul vəsaitlərinin yerləşdirilməsi üçün sifarişlərin rəsmiləşdirilməsi sadələşəcək", - deyə Abdullayev deyib.

Qeyd etmək lazımdır ki, 117 nömrəsi üzrə telefon mərkəzi ilə ölkənin bütün telefon abonentləri əlaqə saxlaya bilərlər - mobil telefonlardan 994-012 kodunun yığılması, Bakıdan başqa bütün şəhər və qəsəbələrdən isə 012 şəhərlərarası rabitə kodunun yığılması şərti ilə.

Xəbər lenti

Xəbər lenti