...

Azərbaycanda "Aysu" əmtəə nişanlı sərinləşdirici içkilər satışdan çıxarılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Sentyabr 2009 17:19 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyi (İİN) yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti "Aysu qida sənaye LTD" MMC-nin məhsullarının istehsalının və satışının dayandırılması ilə əlaqədar olaraq istehlak bazarında "Aysu" əmtəə nişanlı sərinləşdirici içkilərin satışdan çıxarılması üzrə tədbirlər keçirir.
Azərbaycanda "Aysu" əmtəə nişanlı sərinləşdirici içkilər satışdan çıxarılıb

Azərbaycan, Bakı, 16 sentyabr / Trend , müxbir Ü.İsmayıolva /

İqtisadi İnkişaf Nazirliyi (İİN) yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti "Aysu qida sənaye LTD" MMC-nin məhsullarının istehsalının və satışının dayandırılması ilə əlaqədar olaraq istehlak bazarında "Aysu" əmtəə nişanlı sərinləşdirici içkilərin satışdan çıxarılması üzrə tədbirlər keçirir. Bu barədə nazirlikdən çərşənbə günü yayılan məlumatda deyilir.

"Keçirilən tədbirlər nəticəsində altı ticarət obyektində "Aysu" əmtəə nişanlı 1217 litr müxtərlif sular və sərinləşdirici içkilər aşkar edilib", - məlumatda deyilir.

"Aysu" əmtəə nişanlı 789 litr suyun satışının dayandırılması, 428 litr sərinləşdirici içkilərin isə satışdan çıxarılaraq qanunvericilikdə nəzərdə tutulmuş qaydada istehsalçı müəssisəyə qaytarılması ilə bağlı İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti tərəfindən bu ticarət obyektlərinə göstəriş verilib.

İİN "Aysu" əmtəə nişanı ilə Abşeron rayonunda limonad və qazlı sular istehsal edən "Aysu qida sənaye LTD" MMC-də tədqiqatlar aparıb. Tədqiqatlar zamanı müvafiq sertifikatın fəaliyyət müddətinin başa çatmasına, suyun xammalının mənşəyinin məlum olmamasına və hazır məhsulun laborator analizdən keçirilməməsinə baxmayaraq, müəssisədə sərinləşdirici içkilərin istehsalının davam etdirilməsi aşkar olunub.

Bundan əlavə, bu müəssisə hazır məhsulun qablaşdırılmasında heç bir gigiyenik sertifikatı olmayan qab və qapaqlardan istfadə edir. "Qarağat", "Şaftalı", "Portağal", "Albalı" sərinləşdirici içkilərin və multivitaminli şirələrin qablarında istifadə müddəti bir il göstərilib, texniki şərtlərdə isə bu göstərici 180 gündür. Həmçinin istehlakçılara istehsal haqqında düzgün olmayan məlumatlar verilib.

Bununla əlaqədar olaraq, Dövlət Xidməti "Aysu" əmtəə nişanlı malların satışdan çıxarılması və məhsul istehsalının dayandırılması barədə qərar qəbul edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti