PremiumAzərbaycanda auditdən yayınma zamanı cərimə tətbiq edilə bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Sentyabr 2009 12:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 sentyabr / Trend , müxbir Ü.ismayılova /

Azərbaycanın Auditorlar Palatası Azərbaycanın Nazirlər Kabinetinə auditdən yayınan fiziki və hüquqi şəxslərə qarşı tədbirlərin kəskinləşdirilməsi üzrə təkliflər təqdim edib, bu barədə cümə axşamı Palatanın rəhbəri Vahid Novruzov bildirib.

"Təqdim olunan təkliflər İnzibati Xətalar Məcəlləsinə ayrıca bəndin əlavə olunmasını nəzərdə tutur", - Novruzov qeyd edib.

Onun sözlərinə əsasən, hazırda Azərbaycanda auditdən yayınan şəxslər üçün cərimə və digər inzibati sanksiyalar mövcud deyil.

"Cərimənin məbləği hələlik müzakirə obyekti deyil", - Novruzov bildirib.

Azərbaycanın Auditorlar Palatası 1995-ci ilin sentyabrnda təsis edilib və öz fəaliyyətinə 1996-cı ilin aprel ayında başlayıb. Bu fəaliyyət növü 1994-cü ilin sentyabrın 16-da qəbul edilən "Auditor fəaliyyəti haqqında" qanunla tənzimlənir. Qanuna 1996, 2001, 2002, 2004 və 2005-ci illərdə əlavə və dəyişikliklər edilib.

Hazırda Azərbaycanda 100 hüquqi və fiziki şəxs auditor xidməti göstərir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti