...

Azərbaycan Prezidenti Dünya Bankının sərəncamçı direktorunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Oktyabr 2009 17:59 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 21-də Dünya Bankının sərəncamçı direktoru Nqozi Okonco-İvealanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Azərbaycan Prezidenti Dünya Bankının sərəncamçı direktorunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan, Bakı, 21 oktyabr / Trend /

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 21-də Dünya Bankının sərəncamçı direktoru Nqozi Okonco-İvealanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Dövlətimizin başçısı Azərbaycan ilə Dünya Bankı arasında uğurlu əməkdaşlığın həyata keçirildiyini vurğulayıb. Bu yaxınlarda Dünya Bankının nümayəndə heyəti ilə görüşünü xatırlayan Prezident İlham Əliyev həmin görüş zamanı əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələlərin müzakirə olunduğunu qeyd edib.

Azərbaycan ilə Dünya Bankı arasında məhsuldar əməkdaşlığın gələcəkdə də müvəffəqiyyətlə davam edəcəyinə ümidvar olduğunu vurğulayan dövlətimizin başçısı bu baxımdan Dünya Bankının sərəncamçı direktoru Nqozi Okonco-İvealanın ölkəmizə səfərinin uğurlu olacağına əminliyini bildirib.

"Sizin Dünya Bankı ilə əməkdaşlıqdan necə razı qaldığınızı eşitməkdən çox şadam. Dünya Bankının Azərbaycanın tərəfdaşı ola bilməsindən böyük şərəf hissi duyuruq", - Azərbaycan Prezidentinin Dünya Bankı ilə əməkdaşlığa dair fikirlərinə toxunan qonaq deyib.

Xəbər lenti

Xəbər lenti