...

Azərbaycan BVF-in kreditlərini vaxtından əvvəl bağlamaq niyyətində deyil - nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Oktyabr 2009 10:40 (UTC +04:00)
Azərbaycan Maliyyə Nazirliyi Beynəlxalq Valyuta Fondunun (BVF) kreditlərini vaxtından əvvəl bağlamağa ehtiyac duymur. Maliyyə naziri Samir Şərifov deyib ki, Azərbaycan Mərkəzi Bankı BVF-in kreditlərini qrafiklə ödəyir.
Azərbaycan BVF-in kreditlərini vaxtından əvvəl bağlamaq niyyətində deyil - nazir

Azərbaycan, Bakı, 23 oktyabr / Trend , müxbir İ.Xəlilova/

Azərbaycan Maliyyə Nazirliyi Beynəlxalq Valyuta Fondunun (BVF) kreditlərini vaxtından əvvəl bağlamağa ehtiyac duymur. Maliyyə naziri Samir Şərifov deyib ki, Azərbaycan Mərkəzi Bankı BVF-in kreditlərini qrafiklə ödəyir.

"Mərkəzi Bank bu kredit resurslarını idarə edir və az borcun qaldığını nəzərə alaraq, biz onları vaxtından əvvəl qaytarmağa lüzum görmürük", - nazir deyib.

Şərifovun sözlərinə görə, Azərbaycan gələcəkdə kredit dəstəyi üçün Valyuta Fonduna müraciət etmək niyyətində deyil.

Azərbaycan fonddan əvvəlcədən əldə etdiyi kreditlərin ödənilməsini 2013-cü ilə qədər davam etdirəcək. 2009-cu ildə BVF-ə ödəmələr borc əsasında 10,05 milyon SDR (xüsusi borc hüququ) daxil olmaqla 10,29 milyon təşkil edəcək və faiz üzrə 0,24 milyon SDR təşkil edəcək. 2010-cu ildə ödəmələr 9,83 milyon SDR (eyni zamanda, 9,66 milyon SDR və ya 0,18 milyon), 2011-ci ildə 11,06 milyon SDR (10,94 milyon SDR və 0,12 milyon SDR), 2012-ci ildə 8,6 milyon SDR (8,53 milyon SDR və 0,07 milyon SDR), 2013-cü ildə 6,47 milyon SDR (6,44 milyon SDR və 0,03 milyon SDR) təşkil edəcək

Azərbaycan BVF ilə 1992-ci il sentyabrın 18-dən əməkdaşlıq edir. İndiyədək BVF Azərbaycan Respublikasına altı proqram çərçivəsində kredit ayırıb, lakin 2005-ci ildən başlayaraq BVF ilə əməkdaşlıq məsləhətləşmələr səviyyəsində həyata keçirilir, belə ki, Azərbaycan hökuməti fonddan kreditin alınmasından imtina edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti