Azərbaycan, Bakı, 30 oktyabr / Trend , müxbir Ü.İsmayılova/
Yanvar-sentyabrdakı fəaliyyət yekununa görə, Azərbaycanın AtaSigorta şirkəti 0,4 milyon manatlıq ödəmələrlə 2,18 milyon manat haqq yığıb. Bu barədə cümə günü bankdan yayılan məlumatda deyilir.
Doqquz ay ərzində AtaSigorta-nın ümumi gəliri 3,72 milyon manat, ümumi xərcləri isə 2,86 milyon manat təşkil edib. Şirkətin balans mənfəəti 0,86 milyon manata çatıb ki, bu da proqnoz göstəricisindən 44% çoxdur.
AtaSigorta sığorta fəaliyyətinə 2004-cü ilin sentyabr ayından başlayıb. AtaHolding şirkətlər qrupuna daxil olan AtaSigorta-nın ödənilmiş nizamnamə kapitalı 2 milyon manatdır.
30 oktyabra olan rəsmi məzənnə 0,8032 AZN/USD təşkil edir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]