...

Azərbaycanda "donuz qripi"nə yoluxanlardan üç nəfəri özünü normal hiss edir - Səhiyyə Nazirliyi

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Noyabr 2009 17:37 (UTC +04:00)
Hazırda Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda xüsusi müalicə kursu keçən "donuz qripi"nə yoluxanlardan üç nəfəri özünü normal hiss edir və yaxın zamanlarda onlar evə buraxılacaqlar.
Azərbaycanda "donuz qripi"nə yoluxanlardan üç nəfəri özünü normal hiss edir - Səhiyyə Nazirliyi

Azərbaycan, Bakı, 12 noyabr / Trend , müxbir Ü.İsmayılova/

Hazırda Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda xüsusi müalicə kursu keçən "donuz qripi"nə yoluxanlardan üç nəfəri özünü normal hiss edir və yaxın zamanlarda onlar evə buraxılacaqlar. Bu barədə cümə axşamı Azərbaycan Səhiyyə Nazirliyindən məlumat verilib.

"Bu gün həmin institutda müalicə kursu keçən daha iki xəstə evə buraxılıb", - nazirlikdən deyilib.

Nazirlikdən məlumat verilib ki, hazırda "donuz qripi"nə yeni yoluxma halları qeydə alınmayıb.

İndiyədək Azərbaycanda A/H1N1 virusuna 14 yoluxma halı qeydə alınıb.

Azərbaycan Səhiyyə Nazirliyinin tərkibinə daxil olan bütün tibb müəssisələri ölkəyə "donuz qripi" - A/H1N1 virusunun daxil olması səbəbindən gücləndirilmiş iş rejiminə keçiblər. Nazirlik ölkə üzrə bütün tibb personalına müəssisələrdə profilaftik təbdirlərin keçirilməsini və hər bir yerli poliklinikada qeydiyyatda olan şəxslərin ərazi üzrə yoxlanmasını tapşırıb.

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən Azərbaycan üçün pulsuz ayrılan virus əleyhinə vakisinlərin ilk partiyası noyabrın sonunda gətiriləcək. Vaksinləmə risk qrupuna daxil olan şəxslər arasında aparılacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti