...

Azərbaycan Prezidenti Goranboyda "Gilan & Knauf Gipso-Karton" MMC-nin fəaliyyəti ilə tanış olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Noyabr 2009 19:48 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev cümə günü Goranboya səfəri çərçivəsində “Gilan & Knauf Gipso-Karton” MMC-nin fəaliyyəti ilə tanış olub.

Azərbaycan, Bakı, 20 noyabr / Trend /

Azərbaycan Prezidenti İlham Əliyev cümə günü Goranboya səfəri çərçivəsində "Gilan & Knauf Gipso-Karton" MMC-nin fəaliyyəti ilə tanış olub. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Dövlətimizin başçısına məlumat verilib ki, gips-karton istehsalı üzrə Qafqaz regionunda bənzəri olmayan bu müəssisənin tikintisinə 2006-cı ildə başlanılıb, ilk məhsul isə 2008-ci ildə istehsal edilib. Ən müasir alman avadanlığı ilə təchiz edilən müəssisənin fəaliyyətə başlaması 900-dən çox adamın işlə təmin olunmasına şərait yaradıb. Müəssisə müxtəlif növ gips-karton lövhələri istehsal etmək imkanına malikdir. Bu materialdan indi inşaatda - binaların daxili üzlənməsində, arakəsmə və asma tavan konstruksiyalarının qurulmasında daha çox istifadə olunur. O, ekoloji cəhətdən təmizdir, tərkibində toksik maddələr yoxdur və ətraf mühitə zərərli təsir göstərmir, o cümlədən odadavamlıdır.

Müəssisədə məhsul karton istehsalı sahəsində dünya üzrə lider olan "Knauf" şirkətinin texnologiyalarından istifadə olunmaqla istehsal edilir. Komponentlərin böyük hissəsinin xaricdən idxal edilməsinə baxmayaraq, əsas xammal olan gips yapışdırıcıları respublikamızda fəaliyyət göstərən "Gilan Holding" konserninin məhsuludur. İşçi heyətin ixtisasının artırılmasını məqsədi ilə 2009-cu ildən müəssisənin nəzdində Tədris Mərkəzi fəaliyyətə başlayıb.

Daha sonra Prezident İlham Əliyev müəssisənin ərazisində yeni kalsid zavodunun açılışında iştirak edib. Dövlətimizin başçısı zavodu işə salan düyməni basıb. Prezident İlham Əliyev zavodun istehsal etdiyi məhsullarla tanış olub, kollektivə uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini verib.

Xəbər lenti

Xəbər lenti