...

Azərbaycanın cənub regionunun sahibkarlarına 3,6 milyon manat güzəştli kredit verilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Dekabr 2009 18:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 dekabr / Trend , müxbir N.İsmayılova/

Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu (SKMF) cümə günü ölkənin Lənkəran iqtisadi rayonunun 400 sahibkarı ilə görüş keçirib. Bu barədə nazirliyin cümə günü yaydığı məlumatda deyilir.

Kredit təşkilatlarının köməyi ilə fondun vəsaitlərindən Cəlilabad, Lənkəran, Masallı, Lerik, Biləsuvar və Neftçala rayonlarının sahibkarlarına təxminən 3,6 milyon manat məbləğində 45-dən çox güzəştli kredit verilib. Sahibkarlıq subyekti layihələrinin maliyyələşdirilməsi bu güzəştli kreditlərin vasitəsilə 200-dən artıq iş yerinin yaradılmasına kömək edəcək.

2 milyon manat miqdarında olan ən iri kredit soyuducu anbar kompleksinin inşasının davam etdirilməsi üçün "Cavid-Ş" MMC-yə, 1 milyon manat isə taxılın saxlanması və təmizlənməsi üçün anbar kompleksinin inşası üçün "Avanqard" MMC-yə verilib.

Dekabrın 11-nə rəsmi məzənnə 0,8028 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti