...

Azərbaycan və Həştərxan vilayətinin biznes strukturları arasında əlaqələrin genişləndirilməsinə hərtərəfli imkan yaratmaq lazımdır - Baş nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Dekabr 2009 17:26 (UTC +04:00)
Həştərxan vilayəti nümayəndə heyətinin Azərbaycana səfəri əməkdaşlığın genişləndirilməsinə yeni təkan verəcək. Bunu cümə axşamı Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə ölkəmizdə səfərdə olan Rusiya Federasiyasının Həştərxan vilayətinin vitse-qubernatoru, vilayət hökumətinin sədri Konstantin Markelovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə deyib.государственное информационное агентство АзерТАдж.
Azərbaycan və Həştərxan vilayətinin biznes strukturları arasında əlaqələrin genişləndirilməsinə hərtərəfli imkan yaratmaq lazımdır - Baş nazir

Аzərbaycan, Bakı, 18 dekabr / Trend , müxbir H.Vəliyev/

Həştərxan vilayəti nümayəndə heyətinin Azərbaycana səfəri əməkdaşlığın genişləndirilməsinə yeni təkan verəcək. Bunu cümə günü Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə ölkəmizdə səfərdə olan Rusiya Federasiyasının Həştərxan vilayətinin vitse-qubernatoru, vilayət hökumətinin sədri Konstantin Markelovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə deyib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

"Məqsədimiz qədim tarixi əlaqələri olan Azərbaycan və Rusiya arasında bütün sahələrdə əməkdaşlığı genişləndirməkdir. Ticarət sahəsində Rusiyanın bölgələri ilə yaxşı əlaqələr qurulub. - Rasizadə deyib. - Biznes strukturları arasında əlaqələrin genişləndirilməsinə hərtərəfli imkan yaratmaq lazımdır".

Baş nazir dünyanı bürümüş iqtisadi və maliyyə böhranının Azərbaycana cüzi təsir etdiyini, milli valyuta olan manatın məzənnəsinin sabit qaldığını, ölkənin elektrik enerjisi ilə özünü tam təmin etməsini diqqətə çatdırıb. Rasizadə aqrar sektorda qazanılmış nailiyyətlər, sosial sahədə görülən işlər barədə danışıb, son bir neçə ildə 1500-dən çox məktəb binasının inşasını qeyd edib.

Qonaqları xalqımızın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumatlandıran Baş nazir bildirib ki, beynəlxalq qurumların səylərinə baxmayaraq, təcavüzkar Ermənistanın qeyri-konstruktiv mövqeyi ucbatından problem hələ də həllini tapmayıb.

Həştərxan vilayətinin vitse-qubernatoru, vilayət hökumətinin sədri Konstantin Markelov səfər çərçivəsində keçirilən görüşlər barədə məlumat verib. Azərbaycan və Həştərxan vilayəti arasında tarixi əlaqələr diqqətə çatdırılıb, hazırda iqtisadiyyat, o cümlədən biznes sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb.

Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxinin də iştirak etdiyi görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti