...

Prezident İlham Əliyev Bakı buxtasında tikilən quru yük liman məntəqəsində inşaat işlərinin gedişi ilə taniş olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Yanvar 2010 19:18 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 14-də Bakı buxtasında tikilən quru yük liman məntəqəsində inşaat işlərinin gedişi ilə tanış olub, AzərTAc Dövlət İnformasiya agentliyi xəbər verib.
Prezident İlham Əliyev Bakı buxtasında tikilən quru yük liman məntəqəsində inşaat işlərinin gedişi ilə taniş olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 14-də Bakı buxtasında tikilən quru yük liman məntəqəsində inşaat işlərinin gedişi ilə tanış olub, AzərTAc Dövlət İnformasiya agentliyi xəbər verib.

Prezident İlham Əliyev Bakı buxtasına gəlib. Dövlət başçısına quru yük liman məntəqəsində həyata keçirilən inşaat işləri barədə ətraflı məlumat verilib.

Burada tikintiyə 2008-ci ilin may ayında başlanib. Layihəyə Prezident İlham Əliyevin sərəncamlarına müvafiq olaraq dövlət büdcəsindən vəsait ayrılıb. Həmin məntəqədən yalnız quru yüklər daşınacaq. Bu obyektin tikintisində başlıca məqsəd ekologiyanı sağlamlaşdırmaqdan, sənaye müəssisələrini paytaxtın mərkəzindən kənara köçürməkdən və respublikamızdan yük daşımalarının həcmini artırmaqdan ibarətdir.

Prezident İlham Əliyevə bildirib ki, indiyə qədər liman məntəqəsində quru yüklərin boşaldılması üçün 6 körpünün inşası başa çatdırılıb. Təmirə dayanacaq gəmilərin yuyulub təmizlənməsi üçün 4 körpü də artıq hazır vəziyyətdədir. Liman məntəqəsində yüklərin yığılması üçün çoxsaylı anbarların tikintisi də yekunlaşdırılıb. Məntəqəyə çəkilən dəmir yolu da işlək vəziyyətdədir. "Paris Kommunası" adına gəmitəmiri zavodunun bir hissəsinin köçürülməsi üçün 4 gəminin yan ala biləcəyi 250 metr uzunluğunda körpünün tikintisi isə davam edir. Liman məntəqəsində inzibati binanın tikintisi başa çatmaq üzrədir, burada tamamlama işləri aparılır.

Liman məntəqəsində aparılan inşaat işlərinin gedişi ilə tanış olan Prezident İlham Əliyev tapşırıq və tövsiyələrini verib.

Xəbər lenti

Xəbər lenti