...

Elektrikin kəsilməsi səbəbi ilə ən böyük problem "Ulduz" və "Məşədi Əzizbəyov" stansiyaları arasında yaranıb - Bakı Metropoliteninin rəhbəri

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Fevral 2010 15:16 (UTC +04:00)
Bakı Metropolitenində elektrikin kəsilməısi səbəbi ilə ən böyük problem "Ulduz" və "Məşədi Əzizbəyov" stansiyaları arasında yaranıb. Bakı Metropoliteninin rəhbəri Tağı Əhmədov çərşənbə günü deyib.
Elektrikin kəsilməsi səbəbi ilə ən böyük problem "Ulduz" və "Məşədi Əzizbəyov" stansiyaları arasında yaranıb - Bakı Metropoliteninin rəhbəri

Azərbaycan, Bakı, 10 fevral / Trend , müxbir E.İsmayılov/

Bakı Metropolitenində elektrikin kəsilməısi səbəbi ilə ən böyük problem "Ulduz" və "Məşədi Əzizbəyov" stansiyaları arasında yaranıb. Bakı Metropoliteninin rəhbəri Tağı Əhmədov çərşənbə günü deyib.

"Ən davamlı və zəhmətli proses dünən elektrikin kəsilməsi səbəbindən "Ulduz" və "Məşədi Əzizbəyov" stansiyaları arasında qalan qatardan sərnişinlərin evakuasiya edilməsi olub. Bu sahənin uzunluğu 2,7 kilometrdir", - Əhmədov deyib.

Dünən yüksəkgərginlikli elektrik xətlərindən birində yaranan problem səbəbi ilə Bakı şəhərinə elektik enerjisinin verilişi dayanıb. Bu da Bakı metropoliteninin işinin tam dayanmasına səbəb olub. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları bir neçə saat müddətində tunellərdə qalan qatarlardan sərnişinlərin təxliyəsini həyata keçiriblər.

Onun sözlərinə görə, Bakı metropoliteninə elektrik enerjisinin verilişi saat 12:01-də dayanıb, saat 14:00-da isə bərpa edilib. Elektrik enerjisinin verilişindən sonra metropoliten öz işinə davam edib.

Xəbər lenti

Xəbər lenti