...

Azərbaycanda həyat sığortası ilə məşğul olan yeganə şirkət nizamnamə kapitalını artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Fevral 2010 19:35 (UTC +04:00)
Azərbaycanda həyat sığortası ilə məşğul olan yeganə şirkət - Atəşgah Həyat nizamnamə kapitalını səhmlərin nominalının dəyişdirilməsi vasitəsilə 2,3 milyon manatadək artırır.
Azərbaycanda həyat sığortası ilə məşğul olan yeganə şirkət nizamnamə kapitalını artırır

Azərbaycan, Bakı, 16 fevral / Trend /

Azərbaycanda həyat sığortası ilə məşğul olan yeganə şirkət - Atəşgah Həyat nizamnamə kapitalını səhmlərin nominalının dəyişdirilməsi vasitəsilə 2,3 milyon manatadək artırır. QKDK-nin məlumatında deyilir ki, Dövlət Komitəsi hər birinin nominal dəyəri 2300 manat olan 1000 ədəd adi adlı sənədsiz səhmlərin emissiya prospektini qeydə alıb.

Emissiyanın ümumi həcmi 2,3 milyon manat təşkil edir.

Emissiya konvertləşmə metodu ilə hər birinin nominal dəyəri 1300 manat olan 1000 adi adlı sənədsiz səhmlərdə yerləşəcək. Bunun nəticəsində şirkətin nizamnamə kapitalı 1,3 milyon manatdan 2,3 milyon manatadək artırılacaq.

"Atəşgah Sığorta" şirkətinin səhmdarları: I.S.R. Holding Ltd. (49%), ARDNŞ (30%), RAN-Eksim (21%).

2009-cu ilin fəaliyyət yekunlarına görə, şirkətin haqları 0,004 milyon manatlıq ödəmələrlə 0,39 milyon manat təşkil edib.

Fevralın 16-na olan rəsmi məzənnə 0,8033 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti