...

DəmirBank "Gənclərlə səmərəli iş fəaliyyəti" nominasiyasında Fəxri Diplom ilə təltif edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Fevral 2010 11:39 (UTC +04:00)
DəmirBank "Gənclərin Dostu" Milli Mükafatı çərçivəsində "Gənclərlə səmərəli iş fəaliyyəti" nominasiyası üzrə Fəxri Diplom ilə təltif edilib. Fəxri Diplom Gənclər Mərkəzi İctimai Birliyi tərəfindən onun təşkilatçılığı ilə keçirilən və müxtəlif təşkilatların, eləcə də bir sıra millət vəkilinin iştirak etdiyi tədbirdə təqdim edilib.
DəmirBank "Gənclərlə səmərəli iş fəaliyyəti" nominasiyasında Fəxri Diplom ilə təltif edilib

Azərbaycan, Bakı, 23 fevral / Trend /

DəmirBank "Gənclərin Dostu" Milli Mükafatı çərçivəsində "Gənclərlə səmərəli iş fəaliyyəti" nominasiyası üzrə Fəxri Diplom ilə təltif edilib. Fəxri Diplom Gənclər Mərkəzi İctimai Birliyi tərəfindən onun təşkilatçılığı ilə keçirilən və müxtəlif təşkilatların, eləcə də bir sıra millət vəkilinin iştirak etdiyi tədbirdə təqdim edilib.

"DəmirBank-ın Fəxri Diplom ilə təltif edilməsi onun uğurlu fəaliyyəti, gənclərə xüsusi xidmətlərin və imkanların təqdim edilməsi (Xaricdə Təhsil Alanlara Pulsuz Kart proqramı və s.), bankda çoxsaylı gənc əməkdaşların işləməsi, gənclərin xaricdə magistr dərəcəsi üzrə təhsilinin maliyyələşdirilməsi, gənclər və təhsil təşkilatları ilə əməkdaşlıq kimi amillər nəzərə alınıb", - İdarə Heyətinin sədr müavini Yusif Cabbarov bildirib.

DəmirBank sosialyönümlü fəaliyyətinə görə müxtəlif nominasiyalarda Fəxri Diplom ilə təltif edilib. DəmirBank 2009-cu ilin oktyabr ayında "Regionların Sosial-İqtisadi İnkişafı" Dövlət Proqramının 5 illiyinə həsr olunmuş tədbirdə "Pul-kredit və bank xidmətləri" sahəsində Fəxri Diploma layiq görülüb.

Ölkənin ilk banklarından olan DəmirBank (əvvəlki adı Azərdəmiryolbank) 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.

Xəbər lenti

Xəbər lenti