...

AGBank "Fəxri gənc" mükafatına layiq görülüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Mart 2010 16:18 (UTC +04:00)
Azərbaycan bankı AGBank "Fəxri gənc" mükafatına layiq görülüb. Mükafatın təqdimat mərasimi cümə axşamı keçirilib.
AGBank "Fəxri gənc" mükafatına layiq görülüb

Azərbaycan, Bakı, 12 mart / Trend /

Azərbaycan bankı AGBank "Fəxri gənc" mükafatına layiq görülüb. Mükafatın təqdimat mərasimi cümə axşamı keçirilib. Bu barədə bankın cümə günü yaydığı məlumatda bildirilir.

AGBank "Fəxri gənc" mükafatına "Gənclərə ən çox dəstək göstərən biznes təşkilatı" nominasiyasında layiq görülüb.

Mükafat Gənclər Təşkilatları Milli Şurası (GTMŞ) tərəfindən Gənclər və İdman Nazirliyi ilə birgə təsis edilib. Mərasim zamanı qaliblərə 12 nominasiya üzrə mükafatlar verilib. "Fəxri gənc" mükafatı döş nişanı və diplom formasında təqdim olunur.

GTMŞ sədri, deputat Fuad Muradovun sözlərinə görə, "Fəxri gənc" mükafatının təqdimatı artıq ənənəyə çevrilib. Gənclər və idman naziri Azad Rəhimov öz çıxışında tədbir iştirakçılarına nazirlik tərəfindən həyata keçirilən gənclər proqramları haqqında məlumat verib, qalibləri təbrik edib.

Xəbər lenti

Xəbər lenti