...

ABB-Moskva Rusiya Bankları Assosiasiyasının XXI qurultayında iştirak edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Aprel 2010 12:39 (UTC +04:00)
ABB-Moskva aprelin 9-da Moskvada keçirilmiş Rusiya Bankları Assosiasiyasının (RBA) XXI qurultayında iştirak edib. Bu barədə bankın məlumatında bildirilir. ABB-Moskvanı qurultayda bankın İdarə Heyətinin sədri Fuad Abdullayev təmsil edib.
ABB-Moskva Rusiya Bankları Assosiasiyasının XXI qurultayında iştirak edib

Azərbaycan, Bakı, 10 aprel /Trend/

ABB-Moskva aprelin 9-da Moskvada keçirilmiş Rusiya Bankları Assosiasiyasının (RBA) XXI qurultayında iştirak edib. Bu barədə bankın məlumatında bildirilir. ABB-Moskvanı qurultayda bankın İdarə Heyətinin sədri Fuad Abdullayev təmsil edib.

Qurultayda məqsəd bankların maliyyə davamlılığının möhkəmləndirilməsi, onların resurs bazasının genişləndirilməsi, bank nəzarətinin təkmilləşdirilməsi üzrə konkret tədbirlərin hazırlanmasıdır.

Ölkənin milli ödəniş sisteminin inkişafı, borclar üzrə mümkün itkilərlə bağlı ehtiyatların formalaşdırılması sisteminin, girov qanunvericiliyinin təkmilləşdirilməsi, həmçinin Rusiya hökumətinin antiböhran tədbirlərinin müddətinin uzadılmasına dair konkret təkliflər müzakirə olunub.

Biznes birlikləri və hakimiyyət institutları arasında RBA-nın nüfuzunun yüksək olmasını nəzərə alaraq, qurultayda irəli sürülmüş təkliflər milli bank sisteminin möhkəmləndirilməsi üzrə konstruktiv fəaliyyət üçün əsas olacaq.

2010-cu il yanvarın 1-nə olan məlumata görə, ABB-Moskvanın mənfəəti 37,7 milyon rubl təşkil edib. Müfaviq dövrdə bankın xalis aktivləri 14937,03 milyon manat təşkil edib.

ABB-Moskva Azərbaycan Beynəlxalq Bankının törəmə strukturudur və Rusiya ərazisində fəaliyyət göztərən 100% Azərbaycan kapitalına malik ilk və yeganə bankdır.

Xəbər lenti

Xəbər lenti