Azərbaycan, Bakı, 24 aprel /Trend/
Azərbaycan ərazisində hava şəraitinin pis olması və şiddətli küləklə əlaqədar Bakıdan qərb istiqamətinə yola düşən qatarlar müəyyən gecikmə ilə hərəkət edir. Bu barədə şənbə günü "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib.
Onun sözlərinə görə, təhlükəsilzik məqsədilə qatarların sürəti azaldılıb.
O həmçinin qeyd edib ki, qərb istiqamətindən Bakıya hərəkət edən qatarların hamısı artıq çatıb. Bakı-Ağstafa, Bakı-Tbilisi marşrutu ilə hərəkət edən qatarlar isə gecikir.