...

"Bank Respublika" "Qızıl tərəfdaş" mükafatına layiq görülüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Aprel 2010 15:18 (UTC +04:00)
“Zolotaya Korona” təcili pulköçürmə sistemi 2009-cu ilin yekunlarına əsasən, “Bank Respublika” ASC-ni “Qızıl Tərəfdaş” elan edib. Mükafat banka “İlin yekunlarına görə MDB ölkələrində rekord inkişaf dinamikası” nominasiyası üzrə ən yaxşı nəticələrə görə təqdim edilib.
"Bank Respublika" "Qızıl tərəfdaş" mükafatına layiq görülüb

Azərbaycan, Bakı, 28 aprel /Trend/

"Zolotaya Korona" təcili pulköçürmə sistemi 2009-cu ilin yekunlarına əsasən, "Bank Respublika" ASC-ni "Qızıl Tərəfdaş" elan edib. Mükafat banka "İlin yekunlarına görə MDB ölkələrində rekord inkişaf dinamikası" nominasiyası üzrə ən yaxşı nəticələrə görə təqdim edilib.

Mükafatlandırma, Daşkənd şəhərində keçirilən "Pulköçürmələri servisinin təşkilinə yeni yanaşmalar: gəlirliliyin artırılması üçün innovasiyalar" konfransı çərçivəsində keçib.

Bank Respublika Zolotaya Korona pulköçürmə sistemi ilə 2009-cu ilin iyun ayından etibarən əməkdaşlıq edir. Çox qısa tərəfdaşlıq dövrü ərzində bu mükafatın alınması bankın təcili pul köçürməsi sahəsində aktiv iştirakını nümayiş etdirir.

Təcili pulköçürmə sistemlərinin sərfəli olması üçün Bank Respublika 10 müxtəlif pulköçürmə sistemi - Western Union, Contact, Migom, Bıstraya Poçta, Coinstar, PrivatMoney, Xpress Money, Blizko, Allur və Zolotaya Korona ilə əməkdaşlıq edir. Bank Respublika vasitəsilə pulköçürmələri 1 - 15 dəqiqə ərzində həyata keçirilir. Köçürmə edərkən və ya alarkən müştərilər bankdan qiymətli hədiyyələr alırlar.

Pulköçürmə xidmətlərini Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Şəki, Zaqatala, Quba, Xaçmaz, İmişli, Lənkəran, Astara, Masallı, Cəlilabad, Yevlax, Bərdə, Şəmkir, Göyçay və Goranboy şəhərlərində Bank Respublika-nın 33 filial və şöbəsi göstərir. Bakıda fəaliyyət göstərən Ofis 24, o cümlədən həftənin bütün günləri 24 saat fasiləsiz pulköçürmə xidmətləri də göstərir.

Xəbər lenti

Xəbər lenti