...

Bakıda İİB-nin illik toplantısı böhrandan sonra dünya iqtisadiyyatının bərpasının başlandığı vaxta təsadüf edir – iqtisadi inkişaf naziri

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 İyun 2010 15:57 (UTC +04:00)
Həyat səviyyəsinin yüksəldilməsi məqsədilə davamlı iqtisadi inkişaf və yaxşı balanslaşdırılmış, elmi əsaslara söykənən praqmatik güclü iqtisadi siyasətin həyata keçirilməsi Azərbaycana ötən il ərzində inkişafda irəliləyişə nail olaraq, regionda aparıcı ölkəyə çevrilməyə imkan verdi.
Bakıda İİB-nin illik toplantısı böhrandan sonra dünya iqtisadiyyatının bərpasının başlandığı vaxta təsadüf edir – iqtisadi inkişaf naziri

Azərbaycan, Bakı, 23 iyun /Trend, müxbir İ.Xəlilova/

Həyat səviyyəsinin yüksəldilməsi məqsədilə davamlı iqtisadi inkişaf və yaxşı balanslaşdırılmış, elmi əsaslara söykənən praqmatik güclü iqtisadi siyasətin həyata keçirilməsi Azərbaycana ötən il ərzində inkişafda irəliləyişə nail olaraq, regionda aparıcı ölkəyə çevrilməyə imkan verdi. Bu barədə Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev İslam İnkişaf Bankının (İİB) Müdirlər Şurasının Bakıda keçirilən 35-ci illik toplantısında bildirib.

"İqtisadi siyasətin reallaşdırılması nəticəsində Azərbaycanın əldə etdiyi uğurlar beynəlxalq təşkilatlar tərəfindən çox yüksək qiymətləndirilir", - nazir bildirib. - "Azərbaycan qlobal rəqabətqabiliyyətlilik hesabatı üzrə 18 bənd irəliləyərək, 133 ölkə arasında 51-ci və MDB ölkələri arasında 1-ci yeri tutub".

Onun sözlərinə görə, Dünya Bankı özünün "Doing Business" hesabatında Azərbaycanı islahatların həyata keçirildiyi əsas ölkə elan edib. Nazir hesab edir ki, Azərbaycan 2010-cu ildə bu mövqeni qoruyub saxlamaqda davam edəcək.

Hətta 2009-cu ildə qlobal maliyyə-iqtisadi böhranın dərinləşdiyi şəraitdə ölkədə ÜDM 9,3 faiz artıb. Dünya ticarətində durğunluğa baxmayaraq, ölkənin xarici ticarət dövriyyəsində müsbət saldo 8,6 milyard dollar təşkil edib. Bu gün ölkənin strateji ehtiyatları onun xarici borclarını altı dəfə üstələyərək 23 milyard dollar təşkil edir. Bununla yanaşı, əhalinin gəlirləri 6,7 faiz, orta aylıq əməkhaqqı isə 8,6 faiz artıb.

"Beləliklə, böhranın Azərbaycan iqtisadiyyatına mənfi təsiri tam olaraq neytrallaşdırılıb", - nazir deyib.

O, dünya böhranının qlobal səviyyədə sosial-iqtisadi inkişafa mənfi təsirindən sonra dünya iqtisadiyyatının bərpası dövründə illik görüşlərin keçirilməsini təqdirəlayiq hesab edib.

"Böhranın İİB-yə üzv olan bəzi ölkələrə təsir etməsinə baxmayaraq, ümumilikdə onlarda iqtisadi sabitlik qorunub saxlanılıb", - nazir bildirib. - "Bütün bu illər ərzində İslam İnkişaf Bankı üzv ölkələrin davamlı inkişafına və əhalinin vəziyyətinin yaxşılaşmasına xidmət edib, eləcə də şəraitdən asılı olaraq müxtəlif təşəbbüslər irəli sürüb".

Belə təşəbbüslərdən biri də ölkələrin inkişafına resursların ayrılmasını nəzərdə tutan Ciddə Bəyannaməsidir.

"İİB-nin üzv ölkələrin iqtisadi inkişafına töhfəsinə əsaslanaraq, bzi ümid edirik ki, son illərdə bank ölkələrə səmərəli xidmət edəcək və onlara sonralar da kömək edəcək", - Mustafayev deyib.

Bank ölkələrə keyfiyyətli xidmət üçün təşkilati islahatlar həyata keçirir və hazırda islahatlar ikinci mərhələyə daxil olub.

"Ümid edirəm ki, bankın təşkilati strukturlarının yenilənməsi onun dünya səviyyəli təşkilata çevrilməsinə imkan verəcək", - nazir qeyd edib.

Xəbər lenti

Xəbər lenti