Azərbaycan, Bakı, 8 iyul /Trend/
Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) Bank Silk Way-in ümumi məbləği 9,99 milyon manat olan sadə adlı sənədsiz səhmlərinin emissiya prospektini qeydiyyata alıb. Bu barədə QKDK-nin cümə axşamı yaydığı məlumatda deyilir.
QKDK hər birinin nominal dəyəri 111 manat olan 90 min səhmin emissiya prospektini qeydiyyata alıb.
Bank Silk Way çoxprofilli maliyyə institutudur. Bankın fəaliyyətinin əsas istiqamətləri pərakəndə, korporativ, investisiya-bank xidmətləridir. Bank üçün daha vacib olan xırda biznesin inkişafıdır. Bank Azərbaycan Banklar Assosiasiyasının, SWIFT, XONKS, Visa International, Master Card ödəniş sistemlərinin, Western Union, Migom, Lider, Bıstraya Poçta, Privat Money pulköçürmə sistemlərinin üzvüdür.