...

İlin birinci yarısında 11,1 mindən çox Azərbaycan vətəndaşı işlə təmin olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 İyul 2010 19:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 iyul /Trend, müxbir H.Vəliyev/

İlin birinci yarısının yekunları üzrə Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi orqanlarına iş axtaranlardan 21 416 müraciət daxil olub. Müraciətlər əsasında 11 159 şəxs müvafiq işlə təmin olunub. Bu barədə bazar ertəsi nazirliyin Baş Məşğulluq İdarəsinin rəisi Anar Bədəlbəyli bildirib.

Nazirliyin məlumatına əsasən, ötən dövr ərzində 815 nəfər ödənişli ictimai işlə təmin olunub.

Məşğulluq orqanları tərəfindən əmək bazarının müasir tələblərinə uyğun peşəkar hazırlıq kurslarına 2310 nəfər cəlb edilib. Onlardan 1227 nəfər Bakı şəhərində, Naxçıvanda və Göyçay rayonunda yerləşən peşəkar regional təlim mərkəzlərində kurslar keçəcəklər.

Yanvar-iyun ayları ərzində respublikanın 10 şəhər və rayonlarında əmək yarmarkaları təşkil olunub. Yarmarkalarda 361 müəssisə tərəfindən 3063 vakant iş yeri təklif edilib və 861 nəfər işlə təmin olunub. Tədbirlər zamanı 97 nəfər peşəkar hazırlıq kurslarına cəlb edilib və 90 nəfər ödənişli ictimai işlə təmin olunub.

Altı ay ərzində əmək birjası vasitəsilə 1888 işsiz vətəndaş işə düzəlib. 1020 qadın, 896 nəfər gənc, 82 qaçqın və məcburi köçkün olub. 12 əlil şəxs isə müvəqqəti işlə təmin olunub.

Hesabat dövrü ərzində "İlk karyera addımları" şüarı altında keçirilən tədbirlərdə müəssisələr tərəfindən Bakı, Gəncə, Lənkəran və Abşeron yarımadası ali məktəblərinin tələbələri üçün 3535-dən çox vakant iş yeri təklif edilib. İşə 271 tələbə və məzun düzəlib.

Xəbər lenti

Xəbər lenti