...

Azərbaycanın sığorta şirkəti "Günay Sığorta"nın səhmlərinin yerləşdirilməsi tarixi müəyyənləşib

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 İyul 2010 20:57 (UTC +04:00)
Avqustun 5-dən etibarən Bakı Fond Birjasında "Günay Sığorta" ASC-nin adi sənədsiz adlı səhmlərinin səhmlərinin yerləşdirilməsinə başlanılacaq.
Azərbaycanın sığorta şirkəti "Günay Sığorta"nın səhmlərinin yerləşdirilməsi tarixi müəyyənləşib

Azərbaycan, Bakı, 29 iyul /Trend/

Avqustun 5-dən etibarən Bakı Fond Birjasında "Günay Sığorta" ASC-nin adi sənədsiz adlı səhmlərinin səhmlərinin yerləşdirilməsinə başlanılacaq. Bu barədə birjanın cümə axşamı yayılan məlumatında deyilir.

Emissiyanın həcmi 1,05 milyon manat təşkil edir. Hər birinin nominal dəyəri 1000 manat olmaqla 1050 ədəd qiymətli kağız buraxılıb. Anderrayter qismində "Standard Kapital" MMC çıxış edir.

"Günay Sığorta" şirkətinin yanvar-iyun aylarında fəaliyyətinin yekunları üzrə sığorta haqları 0,09 milyon manat ödənişlə 0,44 milyon manat təşkil edib.

1992-ci ildən fəaliyyət göstərən "Günay Sığorta"nın yeganə təsisçisi Azərbaycanın səhmdar banı "Günay Bank"dır.

İyulun 29-na olan rəsmi məzənnə 0,8036 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti