...

Azərbaycanın Antiinhisar Xidməti sərinləşdirici içkilər istehsalçısına qarşı maliyyə sanksiyası tətbiq edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Avqust 2010 20:26 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verdiyinə görə sərinləşdirici içkilərinin istehsalı ilə məşğul olan “Golden Graal” barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb. Bu barədə nazirliyin çərşənbə günü yayılan məlumatında deyilir.
Azərbaycanın Antiinhisar Xidməti sərinləşdirici içkilər istehsalçısına qarşı maliyyə sanksiyası tətbiq edib

Azərbaycan, Bakı, 18 avqust/Trend/

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verdiyinə görə sərinləşdirici içkilərinin istehsalı ilə məşğul olan "Golden Graal" barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb. Bu barədə nazirliyin çərşənbə günü yayılan məlumatında deyilir.

"Dövlət Xidmətində işə baxılmış və "Haqsız rəqabət haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələblərini pozduğuna görə, istehsalçı Rauf Novruzova 9,9 min manat maliyyə sanksiyası tətbiq edilib", - məlumatda qeyd olunub.

Xəbər lenti

Xəbər lenti