...

"Atəşgah Sığorta" şirkəti Azərbaycana səfər edəcək Rusiya Prezidenti Dmitri Medvedevin kortejini sığortalayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Sentyabr 2010 17:54 (UTC +04:00)

Аzərbaycan, Bakı,1 sentyabr /Trend, müxbir А.Axundov/

Etibarlı sığortanın doğru ünvanı olan "Atəşgah Sığorta" şirkəti artıq ölkə hüdudlarından kənarda da tanınır. Şirkətə olan inamın yüksək göstəricisi olaraq sentyabrın 2-də Azərbaycana səfər edəcək Rusiya Prezidenti Dmitri Medvedevin korteji məhz "Atəşgah Sığorta" şirkətində sığortalanıb. Bu barədə çərşənbə günü şirkətdən verilən məlumatda deyilir.

Prezident kortejinin sığortalanması üçün "Atəşgah Sığorta" şirkəti Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin sorğusu əsasında seçilib.

Sığorta paketinə həmçinin əmlak, həyat və sağlamlığın sığortalanması daxildir.

"Atəşgah Sığorta" artıq uzun illərdir ki, Rusiyanın ölkəmizdəki səfirliyinə və Rusiya Ticarət Nümayəndəliyinə aid avtomobilləri sığortalayır.

"Atəşgah Sığorta" şirkəti 1996-cı ilin sonunda yaradılıb, 1997-ci ildə isə sığorta fəaliyyəti göstərmək üçün lisenziya alıb. 2001-ci ildən etibarən "Atəşgah Sığorta" şirkəti Azərbaycanın sığorta bazarının liderlərindən biridir.

Xəbər lenti

Xəbər lenti