...

Azərbaycan İpoteka Fondu istiqrazların növbəti yerləşdirilməsini keçirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Sentyabr 2010 20:50 (UTC +04:00)
Sentyabrın 20-dən etibarən Bakı Fond Birjasında (BFB) Azərbaycan İpoteka Fondunun (AİF) 5 milyon manat məbləğində faizli adlı sənədsiz təmin edilməmiş istiqrazlarının yerləşdirilməsi üzrə növbəti hərrac keçiriləcək.
Azərbaycan İpoteka Fondu istiqrazların növbəti yerləşdirilməsini keçirir

Azərbaycan, Bakı, 17 sentyabr /Trend/

Sentyabrın 20-dən etibarən Bakı Fond Birjasında (BFB) Azərbaycan İpoteka Fondunun (AİF) 5 milyon manat məbləğində faizli adlı sənədsiz təmin edilməmiş istiqrazlarının yerləşdirilməsi üzrə növbəti hərrac keçiriləcək. Bu barədə BFB-nin cümə günü yayılan məlumatında deyilir.

Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə "Bakı Fond Birjası" QSC vasitəsilə keçiriləcək. İstiqrazlar 102,4847 qiymətlə satışa çıxarılacaq.

İstiqrazların ödənmə tarixi 11 dekabr 2019-cu ildir. Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər proporsional qaydada təmin ediləcək. Anderrayter qismində Azərbaycan Mərkəzi Bankı çıxış edir.

AİF-in istqirazlarının emissiya prospekti Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən 30 dekabr 2009-cu il tarixdə qeydiyyata alınıb.

Emissiyaların ümumi həcmi illik 3,25 faiz dərəcə ilə, hər birinin nominal dəyəri bir min manat olmaqla 75 milyon manat təşkil edir. 2010-cu il fevralın 1-dən yerləşdirilməyə başlanan emissiyalardan indiyədək 54 milyon manat dəyərində istiqraz satılıb.

Sentyabrın 17-nə olan rəsmi məzənnə 0,8033 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti