...

Azərbaycanda izahlı maliyyə bazarı terminləri lüğətinin təqdimatı keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Sentyabr 2010 18:15 (UTC +04:00)
Lüğət 2009-2011-ci illərdə Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin həyata keçirdiyi məlumatlandırma və maarifləndirmə üzrə konsepsiya çərçivəsində "Yerli İqtisadi İnkişaf Mərkəzi" İctimai Birliyi tərəfindən hazırlanıb.
Azərbaycanda izahlı maliyyə bazarı terminləri lüğətinin təqdimatı keçirilib

Azərbaycan, Bakı, 21 sentyabr /Trend, müxbir N.İsmayılova/

Çərşənbə axşamı Azərbaycanda izahlı maliyyə bazarı terminləri lüğətinin təqdimatı keçirilib. Lüğət 2009-2011-ci illərdə Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin həyata keçirdiyi məlumatlandırma və maarifləndirmə üzrə konsepsiya çərçivəsində "Yerli İqtisadi İnkişaf Mərkəzi" İctimai Birliyi tərəfindən hazırlanıb. Lüğətin nəşri Aİ-nin MDB ölkələrinə texniki yardım layihəsi (TACIS) çərçivəsində ayırdığı vəsait hesabına maliyyələşdirilib.

Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi sədri Rüfət Aslanlının sözlərinə görə, bu lüğətdən istifadə bankir və jurnalist kimi müxtəlif peşə sahibləri, həmçinin sahibkarlar və tələbələr üçün faydalı olacaq.

"Biz ümid edirik ki, gələcəkdə bu lüğət genişləndiriləcək və təkmilləşdiriləcək", - Aslanlı deyib.

2009-2011-ci illərdə məlumatlandırma və marrifləndirmə konsepsiyası ölkədə kapital bazarının bütün iştirakçılarını - investorlar, emitentlər, peşəkar iştirakçılar, həmçinin KİV nümayəndələri, ali məktəb müəllimləri və tələbələri və əhalinin digər təbəqələrini əhaət edir. Qiymətli kağızlar sahəsində əhalinin maarifləndirilməsi məqsədilə bütün mümkün nəşriyyatlar, həmçinin televiziya proqramlarının yaradılması, "qaynar xəttin" açılması, seminarlar və "dəyirmi masa"ların keçirilməsi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti