...

Azərbaycan Avrasiya Mərkəzi Depozitarları Assosiasiyasının beynəlxalq konfransında iştirak edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Sentyabr 2010 20:22 (UTC +04:00)
Sentyabr 9-10-da Minskdə Avrasiya Mərkəzi Depozitarları Assosiasiyasının VII Beynəlxalq konfransı keçirilib.
Azərbaycan Avrasiya Mərkəzi Depozitarları Assosiasiyasının beynəlxalq konfransında iştirak edib

Azərbaycan, Bakı, 24 sentyabr /Trend, müxbir N.İsmayılova/

Sentyabr 9-10-da Minskdə Avrasiya Mərkəzi Depozitarları Assosiasiyasının VII Beynəlxalq konfransı keçirilib. Bu barədə Azərbaycan Milli Depozit Mərkəzinin (MDM) cümə günü yayılan məlumatında deyilir.

Konfrans fond bazarı iştirakçılarının məlumat təminatının inkişafında mərkəzi depozitarların rolu mövzusuna həsr edilib. Milli Depozit Mərkəzinin İdarə Heyəti sədrinin müavini Fariz Əzizov konfransın birinci plenar bölməsinə sədrlik edib, "Korporativ idarəetmədə məlumat açıqlanmasının rolu" mövzusunda məruzə ilə çıxış edib.

Avrasiya Mərkəzi Depozitarları Assosiasiyası 2004-cü ildə təsis edilib. Azərbaycan Respublikası Milli Depozit Mərkəzi qurumun təsisçi üzvüdür.

Xəbər lenti

Xəbər lenti