...

Azərbaycanda xarici futbolçu və məşqçilər sosial ödənişlər etmirlər - Dövlət Sosial Müdafiə Fondunun rəhbəri

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Sentyabr 2010 15:17 (UTC +04:00)
Azərbaycan ərazisində gəlir əldə edən əcnəbilər icbari dövlət sosial sığortası üzrə ödənişlər etməlidirlər. Bu barədə cümə axşamı jurnalistlərə Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov deyib.
Azərbaycanda xarici futbolçu və məşqçilər sosial ödənişlər etmirlər - Dövlət Sosial Müdafiə Fondunun rəhbəri

Azərbaycan, Bakı, 30 sentyabr /Trend, müxbir A.Axundov/

Azərbaycan ərazisində gəlir əldə edən əcnəbilər icbari dövlət sosial sığortası üzrə ödənişlər etməlidirlər. Bu barədə cümə axşamı jurnalistlərə Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov deyib.

"İndi bizim Azərbaycanda işləyən əcnəbilərlə problemimiz qalmaqdadır. Qanuna görə, Azərbaycan ərazisində gəlir əldə edən əcnəbilər sosial sığortanı ödəməlidirlər", - Müslümov qeyd edib.

Onun sözlərinə görə, Azərbaycanda xarici futbolçu və məşqçilər sosial sığorta üzrə ödənişlər etmirlər.

"Məsələn, Azərbaycanın futbol üzrə çempionatında görün, nə qədər legioner oynayır və onlardan heç biri sosial sığortaların ödənişinə cəlb edilməyib. Burada milyonlar qazanan futbol məşqçiləri var və heç biri sosial ödəniş etmir, çünki Dövlət Sosial Müdafiə Fondunda uçotda deyillər", - Müslümov bildirib.

Onun sözlərinə görə, bununla yanaşı, hazırda uçotda duran və sosial ödənişlər edən 8 300 əcnəbi var.

"Azərbaycanda əcnəbi miqrantların sayı daim artır. Onların sosial sığortaya cəlb edilmələri çox vacibdir", - Müslümov vurğulayıb.

Onun sözlərinə görə, bu məsələ Dövlət Sosial Müdafiə Fondu və ya müvafiq orqanlar tərəfindən həll edilməlidir.

Xəbər lenti

Xəbər lenti