...

Azərbaycanda 2,5 ton vaxtı ötmüş ərzaq malları aşkar olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Oktyabr 2010 20:25 (UTC +04:00)
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında keçirilən növbəti monitorinqlər zamanı satışdan 2,5 ton vaxtı ötmüş ərzaq malları çıxarılaraq məhv edilib.
Azərbaycanda 2,5 ton vaxtı ötmüş ərzaq malları aşkar olunub

Azərbaycan, Bakı, 11 oktyabr /Trend, müxbir N.İsmayılova/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında keçirilən növbəti monitorinqlər zamanı satışdan 2,5 ton vaxtı ötmüş ərzaq malları çıxarılaraq məhv edilib. Bu barədə nazirliyin bazar ertəsi yayılan məlumatında deyilir.

Monitorinqlər Bakının Nəsimi və Yasamal rayonlarında, Gəncə, Kürdəmir, Cəlilabad və Qax şəhərlərində aparılıb.

Mağazalarda qənnadı məhsulları, süd və süd məhsulları, kolbasa, yağlar, un məmulatları, konservləşdirilmiş məhsullar, sərinləşdirici içkilər, meyvə şirələri, pivə və s. aşkar olunub.

İstehlakçıların hüquqlarını pozan fiziki və hüquqi şəxslərə qarşı inzibati tədbirlər görüləcək.

Xəbər lenti

Xəbər lenti