...

İranın "Saderat" bankının direktoru Bakıda səfərdədir

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Oktyabr 2010 17:50 (UTC +04:00)
İranın "Saderat" bankının direktoru Məhəmməd Cəhromi Bakıya səfər edib. Bu barədə Trend-ə İranın Bakıdakı Səfirliyinin mətbuat xidmətinin rəhbəri Abbas İsgəndəri bildirib.
İranın "Saderat" bankının direktoru Bakıda səfərdədir

Azərbaycan, Bakı, 20 oktyabr /Trend, müxbir T.Cəfərov/

İranın "Saderat" bankının direktoru Məhəmməd Cəhromi Bakıya səfər edib. Bu barədə Trend-ə İranın Bakıdakı Səfirliyinin mətbuat xidmətinin rəhbəri Abbas İsgəndəri bildirib.

İsgəndərinin sözlərinə görə, Cəhromi Bakıda keçirilən "Maliyyə institutları - MDB iştirakçı dövlətlərinin iqtisadiyyatlarının struktur modernləşdirilməsinin əsasıdır" mövzusunda MDB-yə üzv dövlətlərin III Beynəlxalq Bakı Konfransında iştirak edəcək.

İsgəndəri əlavə edib ki, İran bu konfransda iştirak etmək üçün xüsusi qonaq kimi dəvət olunub və Cəhromini müşayiət edən nümayəndə heyəti bu konfransda İranı təmsil edəcək.

Xəbər lenti

Xəbər lenti