...

2010-cu ilin yekunları üzrə Azərbaycanda inflyasiya 6 faizdən çox olmayacaq - Dövlət Statistika Komitəsinin rəhbəri

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Oktyabr 2010 10:56 (UTC +04:00)
2010-cu ilin sonlarında Azərbaycanda inflyasiya 5,5-5,6 faiz səviyyəsində proqnozlaşdırılır. Bu barədə çərşənbə günü Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev məlumat verib.
2010-cu ilin yekunları üzrə Azərbaycanda inflyasiya 6 faizdən çox olmayacaq - Dövlət Statistika Komitəsinin rəhbəri

Azərbaycan, Bakı, 21 oktyabr /Trend, müxbir N.İsmayılova/

2010-cu ilin sonlarında Azərbaycanda inflyasiya 5,5-5,6 faiz səviyyəsində proqnozlaşdırılır. Bu barədə çərşənbə günü Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev məlumat verib.

"9 ayın yekunları ərzində ölkədə inflyasiya 5,2 faiz, sentyabrda аvqust ayı ilə müqayisədə 0,9 faiz təşkil edib. Qiymət artımları, əsasən, qida məhsullarında - çörək, ət, yumurtada müşahidə olunub. Cari tendensiya saxlanılacağı halda, ilin yekunları üzrə inflyasiya 5,5-5,6 faiz təşkil edəcək, 6 faizdən artıq olmayacaq", - Vəliyev bildirib.

Onun sözlərinə görə, ölkədə 3 rübün yekunları üzrə statistik rəqəmlər müsbətdir. Kənd təsərrüfatından başqa, bütün sektorlarda artım müşahidə olunur.

"Kənd təsərrüfatı sektorunda enmə yayda baş verən sellər və daşqınlarla əlaqədardır. Nəticədə, məhsulun bir hissəsi məhv olub və bitkiçilikdə 9 faizə yaxın azalma müşahidə olunur", - o bildirib.

Vəliyevin sözlərinə görə, ölkədə ÜDM 4,1 faiz artaraq, 29 milyard dollardan çox təşkil edib; sənaye sektoru 3,1 faiz artıb, inşaat sektoruna kapital qoyuluşları 15 faiz, daxili ticarət 8,5 faiz artıb. Orta aylıq əmək haqqı 7 faiz artaraq, təqribən, 319 manat təşkil edib, əhalinin gəlirləri isə 11 faiz çoxalıb.

Xəbər lenti

Xəbər lenti