...

İran 15 müsəlman ölkəsinə ticarət nümayəndələrini göndərmək niyyətindədir

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Noyabr 2010 17:01 (UTC +04:00)
Müvafiq hazırlıqdan sonra İran 15 müsəlman ölkəsinə, o cümlədən Azərbaycana ticarət münasibətlərinin inkişafı üçün ticarət məsləhətçilərini göndərmək niyyətindədir.
İran 15 müsəlman ölkəsinə ticarət nümayəndələrini göndərmək niyyətindədir

Azərbaycan, Bakı, 12 noyabr /Trend, müxbir Ə.Yusifzadə/

Müvafiq hazırlıqdan sonra İran 15 müsəlman ölkəsinə, o cümlədən Azərbaycana ticarət münasibətlərinin inkişafı üçün ticarət məsləhətçilərini göndərmək niyyətindədir. Bu barədə İranın ticarət naziri Babək Əfqahi deyib. Xəbəri "Moj" informasiya agentliyi yayıb.

"Hazırda İran hökumətinin siyasətinin prioritet vəzifəsi müsəlman ölkələri ilə iqtisadi və ticari münasibətlərin inkişaf etdirilməsidir", - Əfqahi bildirib.

Bundan əvvəl İran ticarət nazirinin müavini məlumat verib ki, ilin birinci yarısında İranda (yeni il martın 21-də başlayır) qeyri-neft sektorunun ixracının ümumi həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 31 faiz artaraq 12,3 milyard dollar təşkil edib. İdxal əməliyyatları 29,6 milyard dollar məbləğində həyata keçirilib. Bu, ötən ilin həmin dövrü ilə müqayisədə 24 faiz çoxdur.

"Fars körfəzi ölkələrinə qeyri-neft sektoru məhsulunun ixracı 32 faiz, Cənub-Şərqi Asiya ölkələrinə 66 faiz, İƏT təşkilatına daxil olan ölkələrə 27 faiz, Avropa İttifaqı ölkələrinə 13 faiz, sərhədyanı ölkələrə isə 17 faiz artıb", - Əfqahi bildirib.

Xəbər lenti

Xəbər lenti