Azərbaycan, Bakı, 24 noyabr /Trend/
AZAL (Azərbaycan hava yolları) şirkətinin Bakı-Moskva marşrutu üzrə yerli vaxtla 10:40-da uçmalı olan aviaryesi 13:30-a saxlanılıb. Bu barədə çərşənbə günü AZAL-dan məlumat verilib.
Reysin ləngimə səbəbləri hələ ki açıqlanmayıb.
Boeing 757-200 təyyarəsi Bakı-Moskva marşrutu üzrə J852 reysi üzrə hərəkət etməli və "Domodedovo" aeroportuna enməli idi.