...

Azərbaycanın ən iri sığorta şirkətlərindən birinin idarə heyətinin sədri təyin edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Noyabr 2010 17:37 (UTC +04:00)
Azərbaycanın ən iri sığorta şirkətlərindən biri olan "Atəşgah" SŞ-nin idarə heyətinin tərkibində kadr dəyişikliyi edilib.
Azərbaycanın ən iri sığorta şirkətlərindən birinin idarə heyətinin sədri təyin edilib

Azərbaycan, Bakı, 26 noyabr /Trend/

Azərbaycanın ən iri sığorta şirkətlərindən biri olan "Atəşgah" SŞ-nin idarə heyətinin tərkibində kadr dəyişikliyi edilib. Bu barədə şirkətin cümə günü yaydığı məlumatda deyilir.

Səmdarların ümumi yığıncağının qərarı ilə 2010-cu il noyabrın 26-dan şirkətin idarə heyətinin sədri vəzifəsinə Tələt Səfərov təyin edilib. O, indiyədək " Atəşgah" SŞ-nin idarə heyəti sədrinin müavini vəzifəsini tutub.

Tələt Səfərov 1980-ci ildə Bakıda anadan olub. AAÖİ (Asiya və Afrika ölkələri İnstitutu) və M.V.Lomonosov adına MDU-nun hüquq fakültəsini bitirib. 1998-ci ildə Moskvanın bank sektorunda peşə karyerasına başlayıb. 2007-ci ildə Azərbaycana qayıdıb və əmək fəaliyyətini "Qafqaz" sığorta şirkətinin idarə heyəti sədrinin müavini kimi davam etdirib. 2008-ci ildə "Atəşgah" SŞ idarə heyəti sədrinin müavini təyin edilib.

"Atəşgah" SŞ idarə heyətinin keçmiş sədri Azər Əliyev indi Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) sədri vəzifəsini tutur.

"Atəşgah" SŞ 1996-cı ilin dekabrında yaradılıb. 2010-cu ilin doqquz ayının yekunları üzrə "Atəşgah" sığorta haqlarının yığılmasına görə Azərbaycanın sığorta şirkətləri renkinqində üçüncü yeri tutur. Şirkətin Bakıda beş ofisi, ölkə ərazisində altı regional nümayəndəliyi var.

Xəbər lenti

Xəbər lenti