...

Türkmənistanda beynəlxalq standartlar üzrə "Mühasibat uçotu və maliyyə hesabatlılığı haqqında" qanun qəbul olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Noyabr 2010 11:54 (UTC +04:00)

Türkmənistan, Aşqabad, 29 noyabr /Trend, müxbir H.Həsənov/

Türkmənistan Parlamenti dördüncü çağırış iclasında beynəlxalq standartlara cavab verən "Mühasibat uçotu və maliyyə hesabatlılığı haqqında" qanunu təsdiqləyib. Bu barədə parlamentin məlumatında deyilir.

Onun əsas vəzifələri milli mühasibat və audit sistemlərinin nizamlanması, bazar iqtisadiyyatı və beynəlxalq standartların tələblərinə mərhələli keçidinin təşkilidir.

2010-cu ilin iyununda Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun imzaladığı sərəncama görə, 2014-cü ilədək ölkə beynəlxalq mühasibat uçotu və audit standartların tam şəkildə keçməlidir. Bank sisteminə daxil olan müəssisələr artıq 2011-ci il yanvarın 1-dən beynəlxalq standartlara uyğun maliyyə hesabatlılığının tərtibinə keçməlidir. Bu tələbə uyğun olaraq, tərtib olunan hesabatlılığın auditi də həyata keçiriləcək.

Türkmənistanın müəssisə, idarə və təşkilatlarının maliyyə hesabatlılığının təkmilləşdirilməsinin ölkə iqtisadiyyatına xarici sərmayələrin axınına kömək edəcəyi gözlənilir. Bundan əlavə, beynəlxalq maliyyə hesabatlılığına keçid müəssisə, idarə və təşkilatların maliyyə vəziyyətlərinin şəffalığına kömək edəcək.

Mülkiyyət formasından asılı olmayaraq, bank müəssisələrindən başqa bütün təşkilat və müəssisələr 2013-cü il yanvarın 1-dən başlayaraq, beynəlxalq standartların prinsiplərinə uyğun mərhələli, 2014-cü il yanvarın 1-dən isə tam keçidi həyata keçirəcəklər.

Xəbər lenti

Xəbər lenti