...

2011-ci ildə Azərbaycanın turizm potensialını təbliğ edən sərgilərin siyahısı açıqlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Dekabr 2010 20:49 (UTC +04:00)
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ölkənin turizm potensialının təmsil olunacağı beynəlxalq turizm sərgilərinin siyahısını açıqlayıb.
2011-ci ildə Azərbaycanın turizm potensialını təbliğ edən sərgilərin siyahısı açıqlanıb

Azərbaycan, Bakı, 10 dekabr /Trend, müxbir Ü.İsmayılova/

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ölkənin turizm potensialının təmsil olunacağı beynəlxalq turizm sərgilərinin siyahısını açıqlayıb. Bu barədə nazirliyin rəsmi saytında dərc edilən məlumatda deyilir.

Nazirlik ölkənin turizm potensialını təbliğ etmək məqsədilə aşağıdakı beynəlxalq sərgilərdə iştirak edir:

1. Avstriya (Vyana) - 13-16 yanvar "Ferien Messe"
2. Almaniya (Ştuttqart) - 15-23 yanvar "CMT"
3. Finlandiya (Helsinki) - 20-23 yanvar "MATKA"
4. Türkiyə (İstanbul) - 10-13 fevral "EMITT"
5. Latviya (Riqa) - 11-13 fevral "Balttour"
6. İtaliya (Milan) - 17-20 fevral "BIT"
7. ABŞ (Nyu-York) - 25-27 fevral "Times Travel Show"
8. Almaniya (Berlin) - 9-13 mart "ITB"
9. Rusiya (Moskva) - 16-19 mart "MITT"
10. Gürcüstan (Tbilisi) - 14-16 april "Caucasus Tourism Fair"
11. Qazaxıstan (Almatı) - 20-22 aprel "KITF"
12. BƏƏ (Dubay) - 02-05 may "ATM"
13. Bəhreyn (Manama) - 12-14 may "BITE"
14. Küveyt (Əl-Küveyt) - 29 mart-01 aprel "KIF"
15. Koreya (Seul) - iyun "KOTFA"
16. Çin (Şanxay) - 13-16 iyun "International Luxury Travel Market"
17. Fransa (Paris) - 20-23 sentyabr "Top Resa"
18. Yaponiya (Tokio) - 29-30 sentyabr "JATA"
19. Ukrayna (Kiyev) - oktyabr "International Ukraine Travel Market"
20. Böyük Britaniya (London) - 07-10 noyabr "WТМ"

Sərgilərdə iştirak etmək istəyənlər Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinə müraciət edə bilərlər.

Xəbər lenti

Xəbər lenti