MDB-nin azad ticarət zonasının formalaşdırılması haqqında müqavilənin layihəsi cari ilin dekabrında razılaşdırılacaq. Bu barədə Rusiya Prezidenti Dmitri Medvedev Birliyin sammitində çıxışı zamanı deyib. Məlumatı RİA Novosti yayıb.
"Biz dekabrın sonunda işçi qrupunun iclasında belə zonanın formalaşdırılması haqqında yeni müqavilə layihəsinin razılaşdırılacağını planlaşdırırıq ", - Medvedev qeyd edib.
Onun sözlərinə görə, MDB Ümumdünya Ticarət Təşkilatının bütün tələblərinə cavab verəcək.