...

Azərbaycanın valyuta bazarının həftəlik icmalı

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Dekabr 2010 15:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 dekabr /Trend, müxbir N.İsmayılova/

Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Mərkəzi Bankı tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsi 0,0005 bənd (0,05 faiz) möhkəmlənib. Ötən həftə orta məzənnə bir ABŞ dollarına nisbətdə 0,79926 manat səviyyəsində müəyyən olunub.

Manata nisbətdə dolların maksimum məzənnəsi dekabrın 6-7-də bir ABŞ dolları üçün 0,7995 manat, minimum isə dekabrın 9-10-da isə 0,7990 manat müəyyən olunub.

ABŞ dollarına nisbətdə manatın rəsmi məzənnəsi

29 noyabr

0,8001

6 dekabr

0,7995

30 noyabr

0,8003

7 dekabr

0,7995

1 dekabr

0,8003

8 dekabr

0,7993

2 dekabr

0,8000

9 dekabr

0,7990

3 dekabr

0,7998

10 dekabr

0,7990

Həftə ərzində orta

0,8001

Həftə ərzində orta

0,79926

Ötən həftənin yekununa əsasən, müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə Bakı Banklararası Valyuta Birjasının alış-verişi nəticəsində birja məzənnəsi dəyişməz qalıb. Orta məzənnə bir ABŞ dollarına 0,7991 manat səviyyəsində müəyyən olunub.

Həftə ərzində BEST-də həmin gün valyutalaşdırma ilə sövdələşmələr həyata keçirilib (T+0): dekabrın 6-da 0,7991 AZN/USD məzənnə ilə $0,3 mln., dekabrın 7-də 0,7991 AZN/USD məzənnə ilə $0,55 mln., dekabrın 8-də 0,7991 AZN/USD məzənnə ilə $2,24 mln., dekabrın 9-da 0,7991 AZN/USD məzənnə ilə $1,95 mln., dekabrın 10-da 0,7991 AZN/USD məzənnə ilə $0,63 milyon.

ABŞ dollarına nisbətdə manatın birja məzənnəsi:

29 noyabr

0,7993

6 dekabr

0,7991

30 noyabr

0,7991

7 dekabr

0,7991

1 dekabr

0,7991

8 dekabr

0,7991

2 dekabr

0,7991

9 dekabr

0,7991

3 dekabr

0,7991

10 dekabr

0,7991

Həftə ərzində orta

0,79904

Həftə ərzində orta

0,7991

USD/AZN T+1 və T+2 alətləri üzrə tələbat olmadığından, dilerlər tərəfindən sövdələşmələr həyata keçirilməyib. RUB/AZN və EUR/AZN alətləri üzrə BEST-ə banklar tərəfindən sifarişlər təqdim olunmayıb.

Özəlləşdirmə çeklərinin qiyməti əvvəlki səviyyədə qalıb. Alış beş manat, satış altı manat təşkil edib. Azərbaycan Prezidenti İlham Əliyevin özəlləşdirmə çeklərinin istifadə prosesinin təmin olunmasına dair əlavə tədbirlər haqqında fərmanına əsasən, çeklərin istifadə müddəti daha bir il - 2011-ci il yanvarın 1-dək uzadılıb. Bu qərar hazırda çeklərin 80 faizinin dövriyyədən çıxarılması ilə əlaqədar verilib.

Dövlət özəlləşdirmə paylarından daha geniş istifadə edilməsi məqsədilə onların dövriyyə müddəti bir neçə dəfə uzadılıb (2002-ci il yanvarın 1-dək, 2004-cü il iyulun 1-dək, 2008-ci il yanvarın 1-dək və son dəfə 2010-cu ilin dekabrın 31-dək).

Qanunvericiliyə uyğun olaraq, 2007-ci il yanvar ayının 1-dək anadan olmuş Azərbaycanın hər bir vətəndaşına əvəzsiz olaraq 4 çekdən ibarət özəlləşdirmə payları verilib. Özəlləşdirmə çeklərindən ixtisaslaşdırılmış çek hərraclarında, investisiya müsabiqələrində, özəlləşdirilən müəssisələrin əmək kollektivi üzvləri arasında keçirilən güzəştli satışda istifadə edilib.

Özəlləşdirmə dövrü ərzində 25,5 milyona yaxın dövlət özəlləşdirmə çeki silinib ki, bu da dövriyyəyə buraxılmış ümumi çeklərin təxminən 80 faizini təşkil edir.

Azərbaycan Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Azərbaycanda dövlət özəlləşdirmə paylarının dövriyyə müddəti bitdikdən sonra (31 dekabr, 2010) özəlləşdirmə prosesində iştirak üçün özündə səhmlərin güzəştli satışı ilə səhmdar cəmiyyətləri, pul və özəlləşdirilmiş çek hərracları, həmçinin kiçik müəssisələrin özəlləşdirilməsi prosesində iştirakı birləşdirən yeni mexanizmlər müəyyənləşdirilib.

Xəbər lenti

Xəbər lenti