...

Azərbaycan vaxt etalonunun alınması müddətini 2011-ci ilin əvvəllərinədək təxirə salıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Dekabr 2010 14:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 dekabr /Trend, müxbir N.İsmayılova /

Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi  vaxt etalonunu gələn ilin əvvəllərində əldə etmək fikrindədir. Bu barədə bazar günü Dövlət Komitəsinin rəhbəri Ramiz Həsənov bildirib.

"Bundan əvvəl biz onu cari ilin sonunadək almağı planlaşdırırdıq, lakin çatdırmadıq. Hesab edirəm ki, gələn ilin yanvar-fevralında etalon artıq ölkəyə gətiriləcək",- Həsənov bildirib.

Onun sözlərinə görə, etalonun alınması bütün ölkədə eyni vaxt sisteminə keçməyə imkan verəcək.

Dövlət Komitəsinin rəhbəri həmçinin, Milli Etalon Mərkəzinin fəaliyyətə başlaması və ilk sifarişlərin alınması barədə də məlumat verib.

"Biz artıq başqa ölkələrdən, eləcə də Gürcüstandan avadanlıqlar alırıq. Biz onu yoxlayır və yenidən Gürcüstana qaytarırıq",- o bildirib.

Etalon Mərkəzində beş etalondan - çəki, təzyiq, qatılıq, sıxlıq və temperatur etalonları tətbiq olunacaq. Bu etalonların alınmasına Avropa İttifaqının texniki yardım vəsaitlərindən iki milyon avro xərclənib. Etalon Mərkəzinin yaradılması Aİ-nin "SMPDK-ya standartlaşdırmanın, metrologiyanın, uyğunluğun qiymətləndirilməsi və akkreditasiyanın gücləndirilməsi" tvininq layihəsinin bir hissəsidir.

Aİ Etalon Mərkəzinin yaradılmasından fərqli olaraq Azərbaycanın vaxt etalonunu əldə etməsini maliyyələşdirməkdən imtina edib. Buna səbəb vaxt etalonunun ABŞ və Rusiyada istehsal olunmasıdır. Hazırda Dövlət Komitəsi bu strateji vaxt etalonunun öz vəsaitləri hesabına alınması üçün danışıqlar aparır.

Xəbər lenti

Xəbər lenti