Azərbaycan, Bakı, 18 dekabr /Trend, müxbir N.İsmayılova/
ABŞ-ın "Vanilla, Saffron Imports Company" şirkəti Azərbaycandan zəfəranın ixracı məqsədilə tərəfdaşlar axtarır. Bu barədə şənbə günü Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) məlumatında deyilir.
Məlumata görə, şirkət ildə üç min kiloqrama qədər zəfəran idxal etməyi planlaşdırır. Maraqlanan şəxslər daha ətraflı məlumat almaq üçün (+994 12) 598 01 47/48 saylı telefonlarla AZPROMO-ya müraciət edə bilər.
"Vanilla, Saffron Imports Company" Kaliforniya ştatında, San-Fransiskoda yerləşir. Şirkət zəfəran və vanilin bilavasitə idxalçısıdır. 25 illik fəaliyyəti ərzində şef-aşbazlar, supermarketlər, distribüterlər və ev aşpazları üçün tədarükçü olub.