...

Azərbaycanda pul nişanlarının saxtalaşdırılmasına qarşı mübarizə mövzusunda seminar keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Dekabr 2010 20:37 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankı Quba şəhərində "Nağd pul tədavülünün təşkili və pul nişanlarının saxtalaşdırılmasına qarşı mübarizə" mövzusunda regional seminar keçirib.
Azərbaycanda pul nişanlarının saxtalaşdırılmasına qarşı mübarizə mövzusunda seminar keçirilib

Azərbaycan, Bakı, 20 dekabr /Trend, müxbir N.İsmayılova/

Azərbaycan Mərkəzi Bankı (AMB) Quba şəhərində "Nağd pul tədavülünün təşkili və pul nişanlarının saxtalaşdırılmasına qarşı mübarizə" mövzusunda regional seminar keçirib. Bu barədə AMB-nin bazar ertəsi yayılan məlumatında deyilir.

Seminar şimal regionunda yerləşən bank filiallarının rəhbərləri və hüquq-mühafizə orqanlarının nümayəndələrinin iştirakı ilə keçirilib.

Seminar zamanı Mərkəzi Bank tərəfindən nağd pul tədavülünün təşkili, ən mütərəqqi beynəlxaq təcrübəyə əsaslanaraq bu sahədə həyata keçirilən islahatlar və quruculuq işləri, nağd pulun regional idarəetmə sistemlərinin təkmilləşdirilməsi, müasir dövrdə saxtakarlıq problemləri və saxta pul çapına qarşı mübarizənin gücləndirilməsi, eləcə də pul nişanlarının mühafizə elementləri və ekspertizası, banklarda nağd pulun idarə edilməsi və bununla əlaqədar yaranan risklərin tənzimlənməsi, müştəri xidmətləri və kassa əməliyyatlarının səmərəli təşkili və s. müzakirə olunub.

Bununla yanaşı, seminarda saxta pul çapına qarşı mübarizədə hüquq-mühafizə orqanları ilə əməkdaşlıq, "bank-əhali" əlaqələrinin gücləndirilməsi və bu sahədə təşəbbüslərin müzakirəsi, eləcə də əhalinin maarifləndirilməsi kimi mövzulara da toxunulub.

Xəbər lenti

Xəbər lenti