...

Azərbaycanda ipoteka istiqrazlarının üçüncü emissiyasının yerləşdirilməsinə başlanılır

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Yanvar 2011 20:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 yanvar /Trend, müxbir N.İsmayılova/

Yanvarın 17-dən etibarən Bakı Fond Birjasında Azərbaycan İpoteka Fondunun (AİF) 10 milyon manat məbləğində faizli, adlı, sənədsiz, təmin edilmiş istiqrazlarının yerləşdirilməsi başlanacaq. Bu barədə AİF-in cümə axşamı yaydığı məlumatda deyilir.

Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə keçiriləcək. İstiqrazlar nominal dəyərlə satışa çıxarılacaq.

İstiqrazların ödənmə tarixi - 11 dekabr 2017-ci ildir. Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər proporsional qaydada təmin ediləcək. İstiqrazların ilkin yerləşdirilməsində iştirak edən təşkilat Azərbaycan Mərkəzi Bankıdır.

AİF-in istiqrazlarının emissiya prospekti Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən 19 noyabr 2010-cu il tarixində qeydə alınıb.

Emissiyanın ümumi həcmi 60 milyon manat təşkil edir, bir istiqrazın nominal dəyəri min manat, istiqraz üzrə faiz dərəcəsi 3 faiz təşkil edir.

İnidəyədək AİF 55 milyon manat məbləğində təmin edilmiş ipoteka istiqrazlarını və 75 milyon manat məbləğində təmin edilməmiş istiqrazların iki emissiyasını yerləşdirib.

Xəbər lenti

Xəbər lenti