...

Azərbaycanın Bərdə rayonunun prioritet inkişaf istiqamətləri müəyyən olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Fevral 2011 14:00 (UTC +04:00)
Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Bərdə rayonunda müəyyən prioritet sahələrin maliyyələşdirilməsi məqsədilə sahibkarlıq subyektlərindən investisiya layihələrinin qəbulunu elan edib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı nazirlikdən məlumat verilib.
Azərbaycanın Bərdə rayonunun prioritet inkişaf istiqamətləri müəyyən olunub

Azərbaycan, Bakı, 1 fevral /Trend, müxbir N.İsmayılova/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Bərdə rayonunda müəyyən prioritet sahələrin maliyyələşdirilməsi məqsədilə sahibkarlıq subyektlərindən investisiya layihələrinin qəbulunu elan edib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı nazirlikdən məlumat verilib.

Yanvarın 28-də Bərdə rayonunda keçirilən tədbir çərçivəsində yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədi ilə müzakirələr aparılıb, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Bərdə rayonu üzrə sahibkarlıq subyektlərindən aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:

- ümumi tutumu 5 min ton olan meyvə, tərəvəz və digər ərzaq məhsullarının saxlanılması üçün müasir soyuducu anbar kompleksinin yaradılması;

- yeni texnologiyaların tətbiqi ilə müasir ət kəsimi və emalı (illik 5 min ton) müəssisəsinin yaradılması.

Bu gündən etibarən sahibkarlıq subyektləri investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.

Sahibkarlar məsləhət və əlavə məlumatı Sahibkarlığa Kömək Milli Fondundan ala bilərlər.

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172

Telefon: (012) 432-39-69

Faks: (012) 434-74-29

e-mail: [email protected] Bu e-poçt ünvanı spambotla qorunur. Onu görmək üçün JavaScript imkanlaşdırılmalıdır.

Xəbər lenti

Xəbər lenti