Özbəkistan, Daşkənd, 15 fevral /Trend, müxbir D.Əzizov/
2010-cu ildə Özbəkistan və Azərbaycan arasında qarşılıqlı ticarətin həcmi 2,4 faiz artaraq 47,4 milyon dollara çatıb. Bu barədə çərşənbə axşamı Özbəkistanın Dövlət Statistika Komitəsinin məlumatında deyilir.
DSK-nın məlumatına görə, Azərbaycana ixrac tədarüklərinin həcmi ötən il 1,5 faiz artaraq 38,4 milyon dollara, Azərbaycandan idxal 5,8 faiz artaraq 9 milyon dollara çatıb.
Komitənin məlumatına görə, Özbəkistanın ən böyük ticarət tərəfdaşı Rusiyadır. Onun payına ölkənin xarici mal dövriyyəsinin 29,2 faizi düşür. 2010-cu ildə Özbəkistan və Rusiyanın mal dövriyyəsi 43,4 faiz artaraq 6 377,6 milyon dollara çatıb. Özbəkistanın Rusiyaya ixracı 96,8 faiz artaraq 4 441,2 milyon dollar olub. Rusiyadan idxal 11,6 faiz azalaraq 1 936,4milyon dollara düşüb.